🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Mingəçevirdə ana və üç övladı dəm qazından zəhərlənib

Azərbaycan.media xəbər verir ki, Mingəçevirdə bir ailənin dörd üzvü yaşadıqları evdə dəm qazından zəhərlənib.

Zərərçəkənlər 2010-cu il təvəllüdlü D.Yusifli, 2014-cü il təvəllüdlü N.Yusifli, 2015-ci il təvəllüdlü E.Yusifli və 1988-ci il təvəllüdlü N.Yusifova xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.