🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qızıl və gümüşün fyuçers qiymətləri birjada düşüb

Azərbaycan.media xəbər verir ki, əmtəə bazarlarında qızılın və gümüşün fyuçers qiymətləri azalıb.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 1,39% azalaraq 4 882,1 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti isə 9,5% azalma ilə 76,38 ABŞ dollarına düşüb.