Azərbaycan.media xəbər verir ki, “ICE London” qitələrarası birjasında aparılan ticarət əməliyyatları zamanı “Brent” neftinin 2026-cı ilin aprel müqaviləsinin qiyməti 2,1% azalaraq 1 barelə görə 68 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin mart ayında ixrac üçün “WTI” markalı neftin 1 barelinin qiyməti də 2,1% azalaraq 63,77 ABŞ dollarına bərabər olub.
