🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Mingəçevirdə bəzi ərazilərdə elektrik enerjisində fasilə olacaq

Azərbaycan.media xəbər verir ki, bu gün Mingəçevir Elektrik Şəbəkəsinin ərazisində 110/6 kV-luq yarımstansiyadan çıxan 6 kV-luq hava xəttində yenidənqurma işləri aparılacaq.

“Azərişıq” ASC-dən bildirilib ki, yenidənqurma işləri ilə əlaqədar olaraq saat 09:00-dan 12:00-dək Mingəçevir şəhərinin Qarabağ kanal ərazisi, İncilli yaşayış massivi və Koroğlu küçəsinə elektrik enerjisinin verilişində fasilə olacaq. İşlər başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.