🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakının əsas yollarında nəqliyyat sıxlığı: problemli küçə və prospektlərin siyahısı

Azərbaycan.media xəbər verir ki, Bakıda bir sıra əsas küçə və prospektlərdə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Məlumata əsasən, hazırda paytaxtın aşağıdakı yollarında sıxlıq qeydə alınıb:

  1. Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

  2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

  3. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

  4. Babək prospekti, mərkəz istiqamətində;

  5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

  6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

  7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

  8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

  9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

  10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

  11. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

  12. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

  13. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

  14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

  15. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

  16. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində.

NİİM sürücülərə qeyd olunan istiqamətlərdə alternativ yollardan istifadə etməyi tövsiyə edir.