🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Vətən müharibəsi iştirakçısı İqbal Səfərov yeni vəzifəyə təyin edilib

Azərbaycan.media xəbər verir ki, Vətən müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin zabiti İqbal Səfərov yeni vəzifəyə təyin olunub.

Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edərək məlumat verib. Bildirilib ki, İqbal Səfərov “Zirə Dəniz” gömrük postuna baş inspektor vəzifəsinə təyin edilib.

Zabit ona göstərilən etimada görə Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Şahin Bağırova və komitənin rəhbərliyinə təşəkkürünü bildirib: “Bu etimadı doğrultmağa çalışacağam”, – deyə İqbal Səfərov qeyd edib.