Azərbaycan.media xəbər verir ki, ABŞ-də nəşr olunan “The Washington Post” qəzetində maliyyə problemləri səbəbindən əməkdaşların kütləvi ixtisarı planlaşdırılır.
Xarici KİV-lərə istinadən yayılan məlumata görə, bu barədə qərarı qəzetin baş redaktoru Mett Murrey əməkdaşlarla keçirilən görüş zamanı açıqlayıb. Bildirilib ki, ixtisarlar demək olar bütün şöbələri əhatə edəcək.
Qeyd olunur ki, siyasi və dövlət idarəçiliyi şöbələri digər strukturlarla müqayisədə minimum itki ilə üzləşəcək.
Xatırladaq ki, gündəlik nəşr olunan “The Washington Post” qəzetinin ilk sayı 1877-ci il dekabrın 6-da çap edilib. Hazırda nəşrdə təxminən 1050 ştatlı jurnalist çalışır.
Oxundu: 8
