🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp: “Si Cinpin ilin sonuna qədər Ağ Evə səfər edəcək”

Azərbaycan.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinin ilin sonuna qədər Vaşinqtona səfər edəcəyini gözlədiyini açıqlayıb.

Tramp bu barədə “NBC News”a verdiyi müsahibədə danışıb. O bildirib ki, özü aprel ayında Çinə səfər etməyi planlaşdırır, bundan sonra isə Si Cinpinin Ağ Evdə qəbul olunacağı nəzərdə tutulur.

ABŞ prezidenti iki ölkə liderləri arasında münasibətlərin müsbət xarakter daşıdığını vurğulayıb: “Əsas məsələ ondadır ki, mənim onunla yaxşı münasibətlərim var, onun da mənimlə yaxşı münasibətləri var”, – deyə Donald Tramp qeyd edib.