Azərbaycan.media xəbər verir ki, 4 fevral tarixində Günəşdə 15 partlayış baş verib. Bu barədə Publika.az Rusiyanın Tətbiqi Geofizika İnstitutuna istinadla məlumat yayıb.
Bildirilib ki, baş verən partlayışlardan 14-ü M sinifli, biri isə X sinifli olub. Son partlayış Bakı vaxtı ilə saat 19:34-də başlayıb və 25 dəqiqə davam edib.
Alimlər X sinifli Günəş partlayışından sonra qütb parıltılarının görünəcəyini proqnozlaşdırırlar.
