🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Polşada nadir hadisə: Baltik dənizi dondu, insanlar buz üzərində gəzməyə başladı

Azərbaycan.media xəbər verir ki, Polşanın şimalında havaların kəskin şəkildə soyuması nadir hallarda müşahidə olunan bir hadisəyə səbəb olub.

Ölkənin sahil bölgələrində Baltik dənizinin səthi donub və insanlar buzla örtülmüş dəniz üzərində gəzməyə başlayıblar. Xüsusilə Baltik dənizinin Qdansk körfəzində yerləşən Mikoszevo sahilləri yaxınlığında son günlər müşahidə edilən sıfırdan aşağı temperatur fonunda dəniz tədricən donmağa başlayıb.

Kəskin şaxtalar nəticəsində sahilyanı ərazilərdə dəniz səthinin buzla örtülməsi həm yerli sakinlərin, həm də turistlərin marağına səbəb olub və bölgədə qeyri-adi mənzərə yaranıb.

Bununla yanaşı, müvafiq qurumlar xəbərdarlıq edərək bildiriblər ki, Baltik dənizinin donması nadir hadisə olsa da, buz qatının qalınlığı və təhlükəsizliyi hər ərazidə eyni deyil. Bu səbəbdən dəniz üzərində hərəkət etməyin riskli ola biləcəyi vurğulanıb.