🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şaxtalı hava ilə əlaqədar Bakının bir sıra yollarında sürət həddi azaldılıb

Azərbaycan.media xəbər verir ki, şaxtalı hava şəraiti səbəbindən paytaxtın bir sıra yollarında hərəkət sürəti məhdudlaşdırılıb və bütün məlumat portallarında “sürüşkən yol” işarəsi aktivləşdirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açıqlama yayıb. Bildirilib ki, hazırda Bakıda müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi–Hava Limanı avtomobil yolunda sürət həddi 40 km/saatadək endirilib.

Eyni zamanda Heydər Əliyev prospekti–Mərdəkan–Zuğulba–Bilgəh yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat müəyyən edilib. Ümumilikdə qeyd olunan yol sahələrində maksimal hərəkət sürəti 70 km/saat təşkil edir.

Məlumata əsasən, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib və bütün tablolarda “sürüşkən yol” xəbərdarlıq nişanı yerləşdirilib.

Sürücülərdən müəyyən edilmiş sürət hədlərinə ciddi riayət etmələri xahiş olunur.