🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zelenski: Dörd aylıq fasilədən sonra Ukrayna ilə Rusiya arasında yeni əsir mübadiləsi gözlənilir

Azərbaycan.media xəbər verir ki, Ukrayna və Rusiya yaxın vaxtlarda yeni əsir mübadiləsi həyata keçirə bilər. Bu, son dörd ay ərzində ilk belə mübadilə olacaq.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam çıxışında bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə ABŞ və Rusiya nümayəndələri ilə aparılan danışıqlarda iştirak edən Ukrayna heyəti keçirilən görüşlə bağlı ona ətraflı məlumat verib. Eyni zamanda, Ukrayna rəsmilərinin Amerika tərəfi ilə ayrıca təmasları da olub.

Zelenski qeyd edib ki, danışıqların aralıq nəticələri artıq müzakirə edilib və proses sabah da davam edəcək. Prezident bu mərhələni mühüm addım kimi qiymətləndirib.

“Danışıqların ara nəticələrini bu gün müzakirə etdik. Onlar sabah davam edəcək. Bu, əhəmiyyətli bir addım olacaq. Tezliklə əsir mübadiləsi gözləyirik. Əsirlər evlərinə qaytarılmalıdır”, – deyə Volodimir Zelenski vurğulayıb.