🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Meri Poppins” tamaşasının oxunuş məşqlərinə başlanılıb

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Pamela Treversin “Meri Poppins” nağılı əsasında hazırlanan eyniadlı tamaşanın oxunuş məşqləri başlayıb.

Birhissəli səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Nisə Həsənova, musiqi tərtibatı Aygül Quliyeva, rejissor assistenti Nəsibə Canəliyevdir. Tamaşanın plastik həlli Ceyhun Dadaşov tərəfindən hazırlanıb.

Tamaşada Aydan Həsənzadə, Xaliq Bəkirov, Zemfira Əbdülsəmədova, Elşən Şıxəliyev, Zümrüd Quliyeva, Xəyalə Qasımova və Hüseyn Bayramov iştirak edirlər.

Meri Poppins heyvanların və quşların dilini başa düşür, bir çox heyrətamiz sirləri bilir və hətta uçmağı bacarır. O, nağıl qəhrəmanlarını özünün sehirli dünyasına aparır, müxtəlif sirli məkanlarda gəzdirir. Müəllif Merinin simasında uşaqlarla səmimi olmağı və onların kövrək dünyasına səyahəti təqdim edir.