🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya nümayəndə heyəti Əbu-Dabidə tonunu dəyişib: məqsəd Avropa militarizasiyasının qarşısını almaqdır

Azərbaycan.media xəbər verir ki, Rusiya nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ABŞ və Ukrayna ilə keçirilən danışıqlar zamanı tonunu dəyişib. Bu barədə Publika.az “Politico” nəşrinə istinadla məlumat yayıb.

Məlumata görə, Moskva bu addımı Avropa İttifaqının militarizasmasının qarşısını almaq məqsədilə atıb. Keçmiş Ukrayna rəsmisi bildirib ki, münaqişə bitərsə, Avropa liderləri üçün seçicilərinə müdafiə xərclərini artırmağın zəruriliyini izah etmək çətin olacaq və Rusiya nümayəndələri danışıqlar zamanı məhz buna ümid edir:

“Sülh sazişi və müharibənin sonu bu impulsu xeyli zəiflədə bilər – Avropa liderləri üçün seçicilərini daha yüksək müdafiə xərclərinə keçməyə inandırmaq daha çətin olacaq”, – deyə mənbə bildirib.

Nəşrin məlumatına görə, Rusiya nümayəndə heyəti danışıqlarda peşəkar davranır və razılaşmanın praktiki detalları üzərində fəal işləyir. Eyni zamanda, Ukrayna hakimiyyəti ilə işləmiş anonim ABŞ respublikaçı eksperti qeyd edib ki, Əbu-Dabidə keçirilən görüşlər daha konstruktiv xarakter alıb.

23-24 yanvar tarixlərində Əbu-Dabidədə Ukraynadakı münaqişənin həlli ilə bağlı üçtərəfli danışıqlar keçirilib. Rusiya, ABŞ və Ukraynanın nümayəndələri qapalı qapılar arxasında görüşdə iştirak ediblər.