🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Cəlilabadda saxlanılan şəxs təcridxanada vəfat edib

Azərbaycan.media xəbər verir ki, APA-nın məlumatına görə, fevralın 1-də Cəlilabad rayonunda baş verən hadisə ilə bağlı saxlanılan şəxs təcridxanada dünyasını dəyişib.

Ölüm faktının dəqiq baş vermə yeri və səbəbi barədə məlumat verilmir. Hadisə günü rayon sakinləri, yetkinlik yaşına çatmamış D.V (şərti ad) və C.V (şərti ad), müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olub, sonuncu aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb. Bu barədə rayon prokurorluğuna məlumat verilib.

İlkin araşdırma zamanı cinayətin 1977-ci il təvəllüdlü Əli Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Ə. Nağıyev iş üzrə şübhəli şəxs qismində tutulub.