🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Özbəkistan və Azərbaycan 10 milyard dollarlıq investisiya paketini müzakirə edir

Azərbaycan.media xəbər verir ki, Özbəkistan və Azərbaycan müəssisələri və biznes dairələri arasında birgə layihələrin həyata keçirilməsi məqsədilə 10 milyard ABŞ dolları məbləğində investisiya paketinin formalaşdırılması üzərində işləyir.

Bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov bildirib. O qeyd edib ki, hədəf həmçinin iki ölkə arasında ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmaqdır:

“Biz artıq Özbəkistan və Azərbaycan müəssisələri arasında birgə layihələr üçün 10 milyard dollarlıq investisiya paketinin formalaşdırılması üzərində işləyirik. Eyni zamanda, ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmağı qarşıya vəzifə qoyuruq”, – deyə diplomat bildirib.

Səfir əlavə edib ki, əməkdaşlıq yol xəritəsi çərçivəsində XİN-lər arasında müntəzəm məsləhətləşmələr, Ali Dövlətlərarası Şuranın iclaslarına hazırlıq, sahəvi tədbirlər – biznes forumlar, regionlararası forumlar, səhiyyə sahəsində məsləhətləşmələr və elmi ictimaiyyətin görüşləri təşkil olunur.