Azərbaycan.media xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Laçının qışına həsr edilmiş videoçarx hazırlanıb.
Videoçarxda Laçının qış möcüzəsi, dağlar qoynunda yerləşən şəhərin sakinləri və qonaqların xoş əhval-ruhiyyəsi əks olunub. Bildirilib ki, Laçında hər kəs bu mövsümdə öz yaşına və zövqünə uyğun fəaliyyətlə məşğuldur və şəhər ilbəil gözəlləşərək gələcəyə inamla addımlayır.
Oxundu: 16
