🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

AMB sədri: Azərbaycan qlobal iqtisadi müharibədən demək olar ki, kənarda qalıb

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mətbuat konfransında çıxışı zamanı bildirib ki, ölkəmiz hökumətin və siyasi rəhbərliyin fəaliyyəti nəticəsində qlobal iqtisadi müharibədən demək olar ki, kənarda qalıb.

O qeyd edib ki, həmin müharibədə iştirak edən ölkələrdə inflyasiyanın artımı idxal edəcəyimiz malların qiymətlərinə təsir göstərə bilər:

“AMB olaraq bu məsələləri daima diqqət mərkəzində saxlayırıq. Təkcə bizim deyil, bütün ölkələrin mərkəzi banklarının bu tip inflyasiya ilə mübarizə üçün alətləri çoxdur. Amma yenə də düşünürük ki, qlobal ticarətdə baş verən proseslər ticarət tərəfdaşlarımızda inflyasiyanın artımına təsir edəcək. Bunun nəticəsində ölkəmizə idxal olunan mal və xidmətlərin fonunda qlobal iqtisadi müharibələr bizim inflyasiyamıza təsir göstərə bilər”, – deyə Taleh Kazımov bildirib.