🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yaponiyada güclü qar fəlakəti: azı 35 nəfər həlak olub

Azərbaycan.media xəbər verir ki, Yaponiyada yağan güclü qar nəticəsində azı 35 nəfər həyatını itirib.

Bu barədə TBS telekanalı məlumat yayıb. Bildirilib ki, ölənlər arasında damları təmizləyərkən yıxılanlar, eləcə də yaşadıqları evlərdə dağıntılar altında qalan şəxslər də var.

Qeyd edək ki, əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq ölkənin bəzi rayonlarında məktəblərdə dərslər müvəqqəti dayandırılıb.