🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda marketdə 75 yaşlı qadın vəfat edib

Azərbaycan.media xəbər verir ki, Bakıda 75 yaşlı qadın marketdə qəfil vəfat edib.

Hadisə fevralın 3-də saat 13 radələrində Nizami rayonu C. Naxçıvanski küçəsi 73 ünvanında yerləşən “Oba” marketdə baş verib.

Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Gülsarə İsa qızı Mirzəliyeva marketə müştəri qismində daxil olduqdan sonra qəfil halı pisləşib və dünyasını dəyişib. İlkin məlumata əsasən, qadının infarktdan vəfat etdiyi bildirilir.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.