Azərbaycan.media xəbər verir ki, Kişi voleybolçuların Yüksək Liqasında XII tura bu gün yekun vurulacaq.
Turun son oyun günündə iki qarşılaşma keçiriləcək.
Saat 16:00-da “Neftçi” komandası “Murov Az Terminal” ilə üz-üzə gələcək.
Saat 18:00-da isə “Ordu” komandası “Xilasedici” ilə qarşılaşacaq.
Hər iki matç Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.
