Azərbaycan.media xəbər verir ki, Ucarda oğurluqlar edən iki şəxs polis tərəfindən tutulub.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən açıqlamada bildirilib ki, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən mağazalardan birindən oğurluq edən Rüstəm İbrahimov və Tərlan Abbasov saxlanılıblar.
Hadisə gecə saatlarında baş verib: qara maska taxmış şəxslər mağazaya daxil olaraq 1500 manatdan artıq pulu ələ keçirib və öz aralarında bölüblər. Araşdırmalar zamanı müəyyən edilib ki, R. İbrahimov bir müddət əvvəl də eyni mağazadan analoji cinayət törədərək zərərçəkmişə 3000 manatdan artıq maddi ziyan vurub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
