Azərbaycan.media xəbər verir ki, Bakının Nərimanov rayonunda X.Ulutürk və M.Nərimanov küçələrinin qaz təchizatında müvəqqəti dayandırılma planlaşdırılıb.
“Azəriqaz” İstehsalat Birliyi bildirib ki, X.Ulutürk və M.Nərimanov küçələrinin kəsişməsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri davam etdiyi müddətdə həmin küçələrin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxundu: 10
