🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Mart ayında iş və istirahət günlərinin ardıcıllığında dəyişiklik edilib

Azərbaycan.media xəbər verir ki, Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına əsasən, mart ayı üzrə iş və istirahət günlərinin cədvəlində dəyişikliklər edilib.

Məlumata görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü bu il bazar gününə təsadüf etdiyindən, növbəti gün – 9 mart qeyri-iş günü elan olunub. Novruz bayramı ilə əlaqədar olaraq 20, 21, 22, 23 və 24 mart tarixləri istirahət günləri sayılır. Şənbə və bazar günlərinə düşən 21 və 22 mart tarixləri nəzərə alınaraq, əlavə olaraq 25 və 26 mart da qeyri-iş günü müəyyən edilib.

Eyni zamanda Ramazan bayramı 20 və 21 mart tarixlərində qeyd olunacaq. Ramazan bayramının Novruz istirahət günləri ilə üst-üstə düşməsi səbəbindən 27 və 30 mart tarixləri də istirahət günü kimi təsbit edilib.

Nəticədə, martın 20-dən 30-dək ölkə üzrə ardıcıl iş günü olmayacaq.