🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qızıl və gümüş bahalaşıb: fyuçers qiymətlərində artım qeydə alınıb

Azərbaycan.media xəbər verir ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiymətləri artıb.

Birja məlumatlarına istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 3,35 faiz yüksələrək 5 100,46 ABŞ dollarına çatıb.

Məlumata əsasən, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də artım nümayiş etdirib. Belə ki, gümüşün qiyməti 5,49 faiz bahalaşaraq 87,878 ABŞ dolları səviyyəsində formalaşıb.