Azərbaycan.media xəbər verir ki, insan alverində ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynin ictimaiyyətə açıqlanan sənədləri arasında Fransa Prezidenti Emmanuel Makron barədə şəxsi mülahizələrini əks etdirən yazışmalar aşkarlanıb.
Epşteyn Fransa liderinin şəxsiyyəti ilə bağlı subyektiv qiymətləndirməsinə əsaslanaraq, Makronun şillələnməkdən zövq ala biləcəyini ehtimal edib.
Sənədlərdə yer alan məlumata görə, Epşteyn 26 may 2019-cu il tarixində anonim şəxsə ünvanladığı elektron məktubunda belə yazıb:
“Mənə dedilər ki, millətçilərin fəaliyyət sahəsi genişlənəcək, lakin nüfuzları o qədər də artmayacaq”.
Növbəti mesajında isə o, diqqətçəkən bir qeyd əlavə edib:
“Mənim alman mənbələrim deyir ki, bu, Makron üçün bir şillə kimi oldu. Lakin onu tanıdığım qədər deyə bilərəm ki, yəqin ki, bu, hətta onun xoşuna gəlib”.
Qeyd edək ki, yanvarın 15-də Emmanuel Makronun hərbçilər qarşısında çıxışı zamanı sağ gözünün qızarmış və iltihablı görünməsi ictimaiyyətdə suallar doğurmuşdu. Bir gün sonra Fransa prezidenti gözündə yaranan problemlərlə əlaqədar müvəqqəti olaraq günəş eynəyi taxmağa məcbur qaldığını açıqlayıb.
“Daily Mail” qəzeti isə londonlu cərrah-oftalmoloq Mfazo Houvun rəyinə istinadla yazıb ki, Makronun göz nahiyəsində müşahidə olunan hematoma üz nahiyəsinə dəyən zərbənin nəticəsi ola biləcəyi kimi, öz-özünə də yarana bilər.
Xatırladaq ki, Epşteynin gizli sənədlərində Emmanuel Makronun adı ümumilikdə 200-dən çox yerdə qeyd olunub.
