🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda bir sıra əsas magistral və küçələrdə tıxac müşahidə olunur

Azərbaycan.media xəbər verir ki, paytaxtın bir çox yollarında nəqliyyat sıxlığı yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Məlumata görə, hazırda aşağıdakı yol və küçələrdə tıxac qeydə alınıb:

  1. Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

  2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

  3. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

  4. Babək prospekti, mərkəz istiqamətində;

  5. Heydər Əliyev prospekti, əsas yol üzrə mərkəz istiqamətində;

  6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

  7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

  8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək;

  9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

  10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

  11. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

  12. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

  13. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

  14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyədək;

  15. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

  16. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində.

Sürücülərə qeyd olunan istiqamətlərdə hərəkət edərkən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.