🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda və Abşeron yarımadasında hava kəskin dəyişir – qar və sulu qar gözlənilir

Azərbaycan.media xəbər verir ki, fevral ayının 4-dən 7-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, fevralın 4-də isə ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 4-ü gün ərzində və 5-i gecə saatlarında bəzi ərazilərdə yağışın sulu qara, daha sonra isə qara keçəcəyi ehtimal olunur.

Bildirilib ki, Azərbaycanın rayonlarında fevralın 3-ü axşamdan 5-i gündüzədək hava şəraiti arabir yağıntılı olacaq. Bəzi bölgələrdə qar yağacağı, ayrı-ayrı yerlərdə isə yağıntının intensivləşəcəyi proqnozlaşdırılır.

Fevralın 4-dən 7-dək bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir. Eyni zamanda, ölkə ərazisində havanın temperaturu əvvəlki günlərlə müqayisədə tədricən 5–10 dərəcə aşağı enəcək.