🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şuşanın ən yaşlı sakini Əmir Quliyev vəfat edib

Azərbaycan.media xəbər verir ki, Şuşa şəhərinin ən yaşlı sakini, Əmir Teymur oğlu Quliyev dünyasını dəyişib. Bu barədə Şuşada yaşayan yazıçı-jurnalist Kərim Kərimli məlumat verib.

Əmir Quliyev işğaldan əvvəl Şuşada avtobus sürücüsü işləyib və şəhər azad olunduqdan sonra geriyə qayıdan ilk sakinlərdən biri olub. Ötən ilin iyul ayında ailəsi onun 90 illik yubileyini Şuşada qeyd etmişdi.

Ə.Quliyev Şuşanın qədim və məşhur Mirzə Həsən qəbristanlığında dəfn edilib.