🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident Ərdoğan Səudiyyə Ərəbistanına səfər edib

Azərbaycan.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir. Bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, Ərdoğanı xarici işlər naziri Hakan Fidan və bir qrup nazirin daxil olduğu nümayəndə heyəti müşayiət edir.

Türkiyə liderinin Səudiyyə Ərəbistanında keçirəcəyi görüşlərdə regional proseslər və iqtisadi əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olacaq. Həmçinin, Vaşinqton-Tehran xəttindəki gərginlik də gündəmdədir.

Ərdoğanın daha sonra Misirə səfəri də planlaşdırılıb.