🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakının mərkəzində yaşayış binasında yanğın baş verib

Azərbaycan.media xəbər verir ki, Bakının Yasamal rayonunda yerləşən yaşayış binasında yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumat daxil olan kimi FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisə ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.