Azərbaycan.media xəbər verir ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov Epşteynə aid sənədlərdə adının hallanması ilə bağlı yayılan məlumatları qəti şəkildə təkzib edib.
O, “Yeni Sabah”a açıqlamasında bu iddiaları əsassız adlandıraraq bildirib:
“Bunlar yalan iddialardır! Maraqlısı odur ki, Azərbaycanda nə hadisə olursa, dərhal Elmar Məmmədyarovun adını hallandırırlar”.
Sabiq nazir qeyd edib ki, yayılan məlumatların heç bir real əsası yoxdur və bunun arxasında məqsədli yanaşma dayanır:
“Yəqin ki, kiminsə marağındadır ki, Elmar Məmmədyarov yaddan çıxmasın”.
Elmar Məmmədyarov sənədlərdə adı çəkilən “AzPod” adlı şirkətlə də hər hansı əlaqəsinin olmadığını vurğulayıb:
“Ümumiyyətlə, “AzPod” adlı şirkət tanımıram. Bunlar hamısı uydurmadır. Kimsə istəyir ki, Elmar Məmmədyarovun adı hallansın. Gözləyək görək, bundan sonra nə hadisə olacaq və mənim adım hallanacaq…”.
Sabiq nazirin sözlərinə görə, onun Epşteyn işi ilə əlaqələndirilməsi tamamilə əsassızdır və bu cür iddialar reallığı əks etdirmir.
