🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ermənistan parlamentinin sədri Rusiyada Lavrovla görüşməyi planlaşdırır

Azərbaycan.media xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan 5–6 fevral tarixlərində Rusiyaya planlaşdırılan rəsmi səfəri çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşməyi planlaşdırır.

Bu barədə Alen Simonyan yerli mediaya müsahibəsində bildirib. O qeyd edib ki, səfər Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun dəvəti əsasında həyata keçiriləcək.

Simonyanın sözlərinə görə, səfər zamanı Valentina Matviyenko ilə yanaşı, Sergey Lavrovla da görüş nəzərdə tutulur və digər rəsmi görüşlərin keçirilməsi də istisna edilmir.

Parlament sədri müzakirə olunacaq mövzulara toxunaraq bildirib ki, yanvarın 23-də rusiyalı həmkarı ilə telefon danışığı zamanı iki ölkənin regionları səviyyəsində razılaşdırılmış, lakin hələ imzalanmamış sənədlər gündəmə gətirilib.

Onun sözlərinə görə, səfər çərçivəsində Ermənistan–Rusiya münasibətləri, mövcud problemlər, eləcə də Rusiya Federasiyasında Ermənistan Mədəniyyət Günlərinin keçirilməsi məsələsi müzakirə olunacaq.