Azərbaycan.media xəbər verir ki, İstanbulda aparılan danışıqlar nəticəsində may ayından bəri təxminən 5 000 əsgər və mülki şəxs əsirlikdən azad olunub.
Publika.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. Onun sözlərinə görə, may ayından etibarən 2 300-dən çox rus əsgəri və 170-dən çox rus mülki vətəndaş, həmçinin təxminən 2 400 ukraynalı əsgər və 170-dən çox ukraynalı mülki şəxs evlərinə qayıdıb.
Lavrov qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə yaradılan İstanbul Platforması Ukrayna böhranının həlli üçün bir çox humanitar məsələləri icra edib:
“Bu platforma hələ də Moskva üçün aktualdırmı?”
O, atəşkəsin monitorinqi və nəzarəti üçün ikitərəfli mərkəzin, eləcə də hərbi, siyasi və humanitar məsələlərin həlli üçün işçi qruplarının yaradılmasını təklif etdiklərini bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2025-ci ilin may ayında İstanbulda Ukrayna tərəfi ilə birbaşa danışıqlar bərpa olunub. Danışıqlar 16 may, 2 iyun və 23 iyul tarixlərində üç mərhələdə keçirilib.
