Azərbaycan.media xəbər verir ki, Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Zaqatala–Danaçı–Aşağı Çardaqlar avtomobil yolunda qeydə alınıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər – Aşağı Çardaqlar kənd sakinləri, 60 yaşlı Rəsul Bədirov, 23 yaşlı Məhəmməd Osmanov, 28 yaşlı Səbuhi Sofiyev və onun 25 yaşlı qardaşı Vasif Sofiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlumata əsasən, Vasif Sofiyev və Rəsul Bədirovun müalicəsi xəstəxanada davam etdirilir. Digər iki zərərçəkənin xəsarətləri yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxundu: 16
