Azərbaycan.media xəbər verir ki, Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov Azərbaycanda gənclərin vəziyyəti barədə məlumat verib. O qeyd edib ki, fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur və bu tarixi gün ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Deputat bildirib ki, hazırda ölkədə 10 milyon 224 min əhalinin 2 milyon 300 mini 14-29 yaş aralığında olan gənclərdir. Onlardan 1 milyon 206 mini kişilər, 1 milyon 94 mini isə qadınlardır.
Rəsmi statistikaya əsasən, gənclərin 5,3 faizi işsizdir. Yaş qrupuna görə işsizlik səviyyəsi kişilər arasında 4,6 faiz, qadın gənclərdə isə 6,1 faiz təşkil edir.
Vüqar Bayramov həmçinin gənclərin təhsil və dövlət xidmətində iştirakını diqqətə çatdırıb:
2 726 gənc fəlsəfə doktorluğu, 578 nəfər isə elmlər doktorluğu dərəcəsi almaq üçün təhsilini davam etdirir.
Dövlət qulluqçularının sayı 27,4 min nəfərdir; onların 2,5 faizi 25 yaşadək, 13,7 faizi isə 25-29 yaşda olan gənclərdir.
2024/2025-ci tədris ilinin əvvəlinə xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan Azərbaycan gənclərinin sayı 1 111 nəfər olub, onlardan 212-si MDB ölkələrini, qalanı isə digər dövlətləri seçib.
Deputat gənclərin təhsilə və cəmiyyətin inkişafında fəal iştirakına marağının artdığını vurğulayıb.
