🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Otuza yaxın yazıçı Azərbaycan Yazıçılar Birliyindən çıxarılıb

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından otuza yaxın üzv xaric edilib.

Bu barədə saytımıza AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza açıqlama verib.

O bildirib ki, 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqını ödəməyənlər Birlikdən çıxarılacaqları barədə xəbərdarlıq edilmişdi:

“Xəbərdarlıqdan sonra 2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair və yazıçı AYB üzvlüyündən xaric edilib. Bu barədə həmin şəxslərə bildiriş göndəriləcək.”

Xəyal Rza həmçinin qeyd edib ki, 2020-ci ilə qədər olan üzvlük haqqı borcları bir müddət əvvəl sıfırlanmışdı.