Azərbaycan.media xəbər verir ki, tükənmişlik yalnız istirahətlə həll edilən bir vəziyyət deyil. Əsas məsələ sistemli bərpa strategiyası qurmaqdır. Psixoloq M. Almara Ağaqızı bunun üçün bir neçə sadə, amma effektiv üsul təklif edir.
1) Bədən və beyin arasında körpü qurun
Gündəlik ən azı 10–15 dəqiqə dərin nəfəs məşqləri, bədən hisslərini müşahidə, meditasiya və ya sadəcə sakit oturmaq sinir sistemini tənzimləməyə kömək edir.
2) Mikro-bərpa texnikasından istifadə edin
Uzun tətilləri gözləməyin. Gün ərzində qısa fasilələr – pəncərədən baxmaq, su içmək və ya sakit musiqi dinləmək – beynin sıfırlanmasına yardım edir.
3) Məhsuldarlığı emosional qiymətlə ölçün
“Nə qədər iş gördüm?” sualını bir kənara qoyun və əvəzinə “Bu iş mənim üçün emosional baxımdan necədir?” deyə düşünün. Əgər nəticə sizi tükəndirirsə, işi sadələşdirin və ya paylaşın.
4) Emosional boşalma yaradın
Psixoloqla danışmaq, gündəlik yazmaq və ya yaxın dostlarla bölüşmək beynin emosional yüklənməsini azaldır.
5) Sensor balansını qoruyun
Ekran, işıq və səs yüklənməsini minimuma endirin. Beyinə “sakitlik” siqnalı vermək üçün sensor detoks vacibdir.
Nəticə
Mənəvi tükənmişlik zəiflik deyil. Bu, beyin və sinir sisteminin kömək çağırışıdır. İstirahət sadəcə “yatmaq” deyil – enerji saxlamaq və onu düzgün bölüşdürməyi öyrənməkdir. Unutmayın: enerji toplamaq deyil, onu qorumaq psixoloji sabitliyin əsas göstəricisidir.
Psixoloq M. Almara Ağaqızı
PRİM – Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin direktoru
Psixoloqla əlaqə saxlamaq üçün Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər metrosu yaxınlığında yerləşən PRİM Mərkəzinə müraciət edə bilərsiniz. Həmçinin birbaşa 050 777 80 04 nömrəsi ilə Almara Ağaqızı ilə əlaqə yaratmaq mümkündür. Əlavə olaraq, instagram səhifəsi vasitəsilə də kontakt mümkündür.
Mənbə: Azərbaycan.media
