🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İran Prezidenti: ABŞ-la danışıqlar yalnız milli mənafeyə uyğun aparılacaq

Azərbaycan.media xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ABŞ-la mümkün danışıqların yalnız İranın milli mənafeyi çərçivəsində aparılacağını bildirib.

Pezeşkian “X” media platformasına açıqlamasında qeyd edib ki, regiondakı dost ölkələrin ABŞ Prezidentinin danışıqlar təklifinə cavab verilməsi ilə bağlı xahişlərini nəzərə alaraq xarici işlər nazirinə müvafiq göstəriş verib:

“Xarici işlər nazirinə tapşırdım ki, yalnız münasib atmosferin olduğu, təhdidlərin və məntiqsiz gözləntilərin olmadığı halda, izzət prinsipi, hikmət və məsləhət əsasında, milli mənafeyimiz çərçivəsində ədalətli danışıqlar üçün zəmin hazırlasın.”

Qeyd edək ki, “Axios” xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında İstanbulda görüşün keçirilməsi planlaşdırılır.