Azərbaycan.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı 26 kq narkotik vasitə aşkarlanıb.
Əməliyyat zamanı narkotiklərin satışını təşkil edən Xəqani Həmzəyev və Kənan Quliyev paytaxt ərazisində saxlanılıb. Onlardan marixuana və metamfetamin aşkarlanıb, ümumi çəkisi 26 kq təşkil edib.
Faktla bağlı cinayət işi başlanılıb. X.Həmzəyev və K.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
