🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ağdamın Xıdırlı kəndində Ailə Sağlamlıq Mərkəzi və yaşayış kompleksi tikiləcək

Azərbaycan.media xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Ağdam rayonunun Xıdırlı kəndində yeni kompleksin inşası ilə bağlı tender elan edilib.

İxtisaslaşdırılmış ictimai binaların tikintisi kateqoriyasına aid olan layihənin icrası üçün müəyyən edilmiş ehtimal olunan qiymət 1 392 066,64 manat təşkil edir.

Layihə çərçivəsində Xıdırlı kəndində müasir Ailə Sağlamlıq Mərkəzinin tikintisi nəzərdə tutulur.

Məlumata əsasən, kompleks yalnız həkim-tibb məntəqəsi kimi fəaliyyət göstərməyəcək. Burada eyni zamanda kənddə çalışan təhsil və səhiyyə işçilərinin mənzil şəraitinin təmin olunması məqsədilə müvəqqəti yaşayış üçün nəzərdə tutulan qonaq evi də inşa ediləcək.