Azərbaycan.media xəbər verir ki, Rusiyanın Ufa şəhərində 9-cu sinif şagirdi təhsil aldığı gimnaziyada avtomatdan atəş açıb.
Bu barədə Başqırdıstan Respublikasının rəhbəri Radi Xabirov Teleqram kanalında paylaşım edib.
Onun bildirdiyinə görə, fevralın 3-ü səhər saatlarında Ufadakı 16 nömrəli gimnaziyada baş verən hadisə zamanı xəsarət alan olmayıb. Yeniyetmə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd olunub ki, hazırda vəziyyət tam nəzarət altındadır.
Oxundu: 23
