Azərbaycan.media xəbər verir ki, müğənni Nadir Qafarzadə yeni avtomobil sahibi olub.
Bu barədə aparıcı Zaur Kamal “Həmin Zaur” verilişində açıqlama verib. Müğənni özü isə məsələ ilə bağlı hər hansı fikir bildirməyib.
Əldə olunan məlumata əsasən, Nadir Qafarzadə 2025-ci il istehsalı olan “BMW X7” markalı avtomobil alıb.
Qeyd edək ki, sözügedən modelin Azərbaycandakı satış qiyməti 200 min manatdan yüksəkdir.
Oxundu: 22
