🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda bəzi rayonlarda yağıntılı hava müşahidə olunur – FAKTİKİ HAVA

Azərbaycan.media xəbər verir ki, fevralın 3-ü saat 10:00-a olan faktiki hava şəraiti açıqlanıb. Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, ölkə ərazisinin bəzi rayonlarında yağıntılı hava şəraiti qeydə alınır. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 4 mm, Şahbuz və Sədərəkdə 3 mm, Kişçayda (Şəki) 2 mm, Naxçıvan, Şərur, Gədəbəy, Şəmkir, Balakən, Zaqatala, Şahdağ və Oğuzda isə 1 mm təşkil edir.

Hazırda bəzi ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Kəlbəcərdə 25 m/s, Şahdağda 20 m/s, Qobustanda 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 15 m/s-dək güclənir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12 dərəcə isti, Naxçıvan Muxtar Respublikasında 10 dərəcə isti, Aran rayonlarında 16 dərəcə isti, dağlıq rayonlarda isə 14 dərəcəyədək isti qeydə alınıb.