Azərbaycan.media xəbər verir ki, qalmaqallı maliyyəçi Ceffri Epşteynə aid açıqlanan sənədlərdə Rusiya rublu ilə bağlı maraqlı proqnoz ortaya çıxıb.
ABŞ Ədliyyə Nazirliyinin yaydığı sənədlərdə Epşteynin rublun gələcəkdə qlobal valyutaya çevriləcəyinə inandığı qeyd olunur.
Sənədlərdə yer alan elektron məktublardan birində Epşteyn Norveçin keçmiş Baş naziri Torbyorn Yaqlanda yazıb: “Növbəti həqiqətən qlobal valyuta Çin yuanı deyil, Rusiya rublu olmalıdır”.
Xatırladaq ki, Epşteynə aid minlərlə sənəd, məktub və yazışma sonradan ictimaiyyətə açıqlanıb. Həmin materiallarda Donald Tramp, Bill Qeyts də daxil olmaqla bir sıra nüfuzlu qlobal fiqurlarla bağlı iddialar yer alır.
Qeyd edək ki, maliyyəçi müxtəlif ağır cinayətlərdə ittiham olunub. O, 2008-ci ildə fahişəliyə təşviq ittihamı ilə günahını etiraf edib və məhkəmə hökmü alıb. Epşteyn 2019-cu ildə insan alveri və fahişəliyə təşviq ittihamları ilə yenidən həbs edilib və məhkəmə prosesi başlamazdan əvvəl vəfat edib.
