🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

2025-ci ildə Rusiyada təhsil alan xarici tələbələrin sayı 402 min nəfəri ötdü

Azərbaycan.media xəbər verir ki, 2025-ci ildə Rusiya universitetlərində bakalavriat və magistratura səviyyəsində təhsil alan xarici tələbələrin sayı 402 166 nəfərə çatıb.

Onların əksəriyyəti tibb sahələrini seçir. Rusiyada ən çox oxuyan əcnəbi tələbələr arasında Qazaxıstan (15,1 min nəfər), Türkmənistan (14,2 min), Çin (14,1 min), Özbəkistan (11,6 min) və Hindistan (9,7 min nəfər) öndədir.

Azərbaycandan olan tələbələr isə ilk onluqda yer alıb. Belə ki, Azərbaycan vətəndaşları Rusiyada ən çoxsaylı 9-cu əcnəbi tələbə kontingentini təşkil edir və onların sayı 2,4 min nəfərdir.