🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya Ukrayna paytaxtına kütləvi hücum həyata keçirib

Azərbaycan.media xəbər verir ki, Rusiyanın Ukrayna paytaxtı Kiyevə kütləvi birləşmiş hücumu başlayıb.

Publika.az-ın məlumatına görə, bu barədə “Müharibə müxbirləri” Telegram kanalı xəbər verib.

Hücum zamanı kamikadze dronları və “İsgəndər” raketləri Kiyevin 4 və 5 nömrəli İstilik Elektrik Stansiyalarının ərazisinə yönəldilib. Eyni zamanda, Tu-95MS strateji bombardmançı təyyarələrindən buraxılan dəniz əsaslı Kalibr raketləri və X-101 qanadlı raketləri də hücumda iştirak edib.