🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp: ABŞ İranla danışıqlar aparır, nəticələr yaxın zamanda bəlli olacaq

Azərbaycan.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Vaşinqtonun Tehranla danışıqlar apardığını bildirib.
Onun sözlərinə görə, hazırda ABŞ-ın ən böyük və ən müasir hərbi gəmiləri İran istiqamətində hərəkət edir.
“Hazırda İrana doğru hərəkət edən gəmilərimiz var. Ən böyükləri, ən yaxşıları. Eyni zamanda İranla danışıqlar aparırıq. İşlərin necə inkişaf edəcəyini yaxın zamanda görəcəyik”, – deyə Donald Tramp qeyd edib.
APA xəbər verir ki, ABŞ prezidenti danışıqların detalları ilə bağlı əlavə açıqlama verməyib.