🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gəncədə quyu qazıntısı zamanı partlayış baş verib, xəsarət alanlar var

Azərbaycan.media xəbər verir ki, Gəncə şəhəri ərazisində quyu qazılan zaman partlayış hadisəsi baş verib. Axar.az-ın Teleqraf-a istinadla yaydığı məlumata görə, hadisə şəhər daxilində qeydə alınıb.

İlkin məlumatlara əsasən, partlayış zamanı 1984-cü il təvəllüdlü Anar Zamanov, 1989-cu il təvəllüdlü Mahir Bağırov və daha bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar dərhal özəl və dövlət tibb müəssisələrinə yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilir.

Qeyd olunur ki, xəsarət alan şəxslər qazıntı işlərində çalışan fəhlələrdir. Hadisənin başvermə səbəbləri araşdırılır.