Putin və Lukaşenko Birlik Dövlətinin Ali Dövlət Şurasının iclasını keçirəcək – inteqrasiya və əməkdaşlıq müzakirə olunacaq
Azərbaycan.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko fevralın sonunda Birlik Dövlətinin Ali Dövlət Şurasının iclasını keçirəcəklər.
Rusiya Baş naziri Mixail Mişustin bildirib ki, iclas zamanı Rusiya və Belarus arasında inteqrasiyanın əsas məsələləri müzakirə ediləcək.
Görüş çərçivəsində həmçinin iqtisadi, siyasi və humanitar sahələrdə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri nəzərdən keçiriləcək.
Oxundu: 16
